Leyla Abdullayeva Bakıya yeni təyin olunan həmkarı ilə fotosunu paylaşdı

Leyla Abdullayeva Bakıya yeni təyin olunan həmkarı ilə fotosunu paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laqutu ölkəmizdə yeni səfir postuna təyin olunması münasibətilə təbrik edib.

Tribunainfo.az xəbər verir ki, diplomatımız bu barədə özünün X səhifəsində yazıb.

“Sizi səmimi qəlbdən təbrik edirəm, əziz həmkarım Sofi Laqut. Ümidvaram ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək”, – deyə o qeyd edib.

Fransalı diplomat isə azərbaycanlı həmkarına xoş qarşılaması üçün təşəkkür edib: “Bakıya gələcək missiyama hazırlıqla bağlı apardığımız müzakirələrə görə təşəkkür edirəm.

İki ölkə arasında əlaqələri gücləndirmək üçün tezliklə müzakirələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm!”