Ötən həftə ölkəmizin avtomobil sektorunda əlamətdar hadisə baş verdi. Premium sinif avtomobil markası “Lexus”un Azərbaycanda ikinci satış mağazasının açılışı oldu.
“Lexus Europe”un Azərbaycanda rəsmi distrubyutoru Lexus Baku yeni satış salonunu Ağ Şəhərdə alıcıların ixtiyarına verdi. Yeni mərkəzin açılışında SARDA GROUP təsisçisi Rauf Xəlilov və “Lexus Europe” un vitse-prezidenti Paskal Ruş iştirak edirdilər.
“SARDA GROUP” un rəhbəri Rauf Xəlilov qonaqları salamalayaraq yeni satış mərkəzinin açılması münasibəti ilə təbrik etdi.
Paskal Ruş çıxış edərərk Azərbaycandakı münbit biznes mühitindən məmnun olduğunu və Lexus Baku şirkətinin uğurlu fəaliyyətindən qürur duyduğunu bildirdi.
Qeyd edək ki, Lexus Bakı Azərbaycanda ilk rəsmi Lexus dileridir. 2012-ci ildən fəaliyyətdə olan Lexus Bakı “SARDA GROUP”a daxildir.