Lex Kaçinskinin təyyarəsinin qalıqları üzərindən partladıcı maddə izləri aşkarlanıb

Lex Kaçinskinin təyyarəsinin qalıqları üzərindən partladıcı maddə izləri aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən aviaqəza nəticəsində ölən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qalıqları və cəsədlərdən birinin üzərindən partladıcı maddə izləri aşkarlanıb.

 

TİA.AZ-ın “Wiadomosci”-yə istinadən verdiyi xəbərə görə, bu barədə təyyarə qəzası üzrə Polşanın istintaq komissiyasının nümayəndələri bildirib.

 

“Xüsusi avadanlıqlarla müayinə edilmiş “Ту-154М” təyyarəsinin qalıqlarının xeyli hissəsinin və ən azı bir cəsədin üzərində partladıcı maddə aşkarlanıb”, – deyə komissiyanın hazırladığı hesabatda bildirilir.

 

Komissiya üzvləri qəza yerindən götürülən torpaq nümunələrində partladıcı maddələrin aşkarlanmadığını bildiriblər.

 

Xatırladaq ki, “Tu-154” təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb. Nəticədə 88-i sərnişin və 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb.