Lermontovun qətli ilə bağlı araşdırmalara başlandı

Lermontovun qətli ilə bağlı araşdırmalara başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İstintaq Komitəsi şair Mixail Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb.

Tribunainfo.az bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Nikolay Burlyaev məlumat verib.

“İstintaq Komitəsindən cavab gəlib, əsaslı birgə işə, o cümlədən texniki işlərə başlanılıb. Biz onun gedişi və nəticələri barədə məlumat verəcəyik”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, Burlyayev Rusiya Federasiyasının İstintaq Komitəsinə müvafiq sorğu ilə müraciət göndərib. Sorğuda bildirilib ki, uzun illər lermontovşünaslar, kriminoloqlar, ballistik mütəxəssislər və həkimlər şairin ölümündən dərhal sonra 1841-ci ildə aparılan istintaqın düzgün aparılmadığını qeyd ediblər.

Burlyaevin sözlərinə görə, Lermontovun ölümü duel deyil, qətl nəticəsində baş verib.

Xatırladaq ki, şair Mixail Lermontov qısa ömür sürmüş və 26 yaşında vəfat etmişdir. Rəsmi versiyaya görə, şair dueldə ölüb.

İstefada olan mayor Nikolay Martınovla ölümcül duel 1841-ci il iyulun 21-də Maşuk dağının ətəyində baş verib.