Lerikin Caynəvu kəndinin Şəhidi Ceyhun Səfərovun doğulduğu ev uçmaq təhlükəsi ilə üzləşib. Tribunainfo.az xəbər verir ki, evin faktiki durumunu əks etdirən fotoları siyasi və ictimai fəal Mehdibəy Səfərov sosial şəbəkələrdə paylaşıb
Qeyd edək ki, Şəhid Ceyhun Səfərov müharibə başlayan zaman Türkiyədə işləyirmiş. Lakin işini buraxaraq, Azərbaycana qayıdıb və könüllü olaraq müharibəyə gedib. Həmkəndliləri deyir ki, Şəhidimizə çağırış vərəqəsi belə gəlməyibmiş.
Bir zamanlar Şəhidin yaşadığı evdə hazırda onun valideynləri və ailə üzvləri yaşayır. Lakin ev uçmaq təhlükəsi ilə üzləşib. Bununla bağlı Lerik rayon İcra Hakimiyyətinə müraciət də olunub. Amma İcra Hakimiyyəti məsələyə heç bir reaksiya verməyib.
Caynəvu kəndinin sakinləri isə deyirlər ki, Şəhidin evinin bu vəziyyətdə olması və rəsmi qurumların məsələyə biganə yanaşması biabırçılıqdır.