Leonid Kuçma: “Artıq qardaş deyilik, Rusiya Qabildir”

Leonid Kuçma: “Artıq qardaş deyilik, Rusiya Qabildir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya və Ukrayna qardaş xalqlar idilər, amma indiki reallıqda onlar düşmənə çevriliblər, bu, Moskvanın günahı ucbatından olub.
Qaynarinfo xəbər verir ki, bunu Yaponiyanın “Kyodo” nəşrinə müsahibəsində Ukraynanın keçmiş prezidenti Leonid Kuçma söyləyib.
Jurnalistin rusların və ukraynalıların qardaş xalqlar hesab edilməsinə dair sözlərinə cavab olaraq Kuçma “qardaşlar arasında düşmənçilik və hətta nifrət olduğunu” deyib və Qabillə Habilin hekayəsini xatırladıb.
“Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir”, deyə Kuçma bildirib.

Onun fikrincə, qardaş düşmən olarsa, xəyanətdən də pis olur. O, hadisələrin bu cür inkişafına görə məsuliyyəti Vladimir Putinin üzərinə qoyub.
Ukraynanın eks-prezidenti vurğulayıb ki, Kiyev Moskva ilə bərabərhüquqlu və dostluq münasibətlərinə can atır, bu gün bu, absurd kimi səslənir. Keçmiş dövlət başçısı hesab edir ki, Rusiya hamını düşmən və vassallara bölür.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni bir xalqın qarşıdurması adlandırmışdı.
“Bir xalqın bir-biri ilə vuruşması çətin və acıdır. Əslində qarşıdurma bir millət daxilində baş verir”, deyə Rusiya prezidenti qeyd edib.