“LEOBANK” HAQQINDA YAZILANLARA AYDINLIQ GƏTİRDİ

“LEOBANK” HAQQINDA YAZILANLARA AYDINLIQ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Leobank” onlayn bankinq layihəsi barədə paylaşılan məlumatlarla bağlı saytımıza müraciət edərək sözügedən kart haqqında yazılanları təkzib edib.

Tribunainfi.az-ın məlumatına görə, bu barədə açıqlama verən “Leobank” əməliyyat mərkəzindən Maqsud Əliyev bildirib ki, faktlara əsasən, yerləşdirilmiş məlumatlar reallığı əks etmir və “Leobank” tərəfindən şaiyə xarakterli paylaşım kimi qiymətləndirilir.

“Bilməyənlər insanlar agah olsun və bu tələyə düşməsin” başlıqlı yazıyla bağlı bildirilib ki, “Leobank”- ın təqdim etdiyi “Qara kart” məhsulu barədə, bütün müştərilərə tam doğru və şəffaf şəkildə kredit limitin şərtləri ilə bağlı məlumat günün 24 saatı *7773 qaynar xətti vasitəsi ilə, və ya tətbiqdə əks olunan əlaqə üsulları vasitəsi ilə təqdim oluna bilər. Hər hansısa məqamdan agah olmayan müştəri tamamı ilə ödənişsiz şəkildə dəstək xidmətinə müraciət edib aydın olmayan sualların cavabın əldə edə bilər. Bu səbəbdən: “tələyə düşməsin” ifadəsin bu halda istifadə olunması tamamı ilə düzgün deyil və bankın reputasiyasına düzəlməz zərər vurur.
Güzəşt Müddəti barədə ümumi məlumat və şərtlər məhdudiyyətsiz şəkildə bir neçə mənbədən əldə oluna bilər:
“Leobank”- ın rəsmi saytında, “Tariflər” bölməsindən.
“Leobank” mobil tətbiqində, “Tez-tez verilən suallar” bölməsindən.
“Leobank” mobil tətbiqində, “Tariflər” bölməsindən (bu bölmədə yazılı məlumatdan əlavə olaraq cədvəl şəkilində Güzəşt Müddətin nümunələri əks olunur).

Həmçinin qeyd edilib ki, hər bir müştəri kartı əldə etdiyi zaman, ona təqdim olunan “Ərizə-Anket” – də “https://leobank.az” saytında əks olunan “Oferta” ilə razılığını öz imzası vasitəsi ilə təsdiqləyir.

“Siz kartdan istifadə edirsiz və 1,2,3 ay sonra da olsa, əgər istifadə olunan məbləğin son 10 manatını belə qaytarmasaz (məndə təsadüfən son gün yaddan çıxdı) bu bank sizdən 1 ayın yox, 2 ayın yox, kartı istifadə etdiyiniz bütün ayların faizini tutur” fikirləri ilə bağlı isə bildirilib ki, “Oferta” 5.7.2 bəndi: “Kredit xəttindən istifadə edildiyi gündən sonrakı gün faizlərin hesablanması başlayır.

Faizlər, gündəlik olaraq ötən günün ən çox ssuda borcuna hesablanır. Bu faizlər kredit xəttinin hesabına faktiki xərclənmiş vəsaitlər üçün kredit limitindən istifadə edildiyi hər təqvim günü üçün ildə 360 təqvim günü əsas götürülərək Tariflərdə göstərilən faiz dərəcələri ilə hesablanır. Kreditin faiz dərəcəsi Bank tərəfindən Mobil əlavədə qeyd edilir. Kredit xəttindən tam və ya qismən istifadə olunduğu andan etibarən Borcalan, ödəmə müddəti ərzində, yəni borcun yarandığı ay istisna olmaqla hər növbəti ayın son gününə (son gün daxil olmaqla) qədər tariflərlə müəyyən olunan minimal ödənişi icra etməlidir. Borcun ödənmə müddətində və ya borcun yarandığı ayda tam qaytarılması halında faiz tutulmur və cari dövr güzəşt dövrü hesab olunur. Borcun yarandığı ay üzrə borc məbləği güzəşt dövrü ərzində tam ödənilməyibsə, növbəti ayın ilk günü, Kredit limitindən istifadə olunma tarixindən hesablanan faizlər də ödənilir. Müştəri hesablanan faizləri tam həcmdə ödəmədikdə ödəniləcək faiz məbləği kredit limiti hesabına ödənilir.

Tribunainfi.az