Akademik, Rusiya Səhiyyə Nazirliyinin baş kardiocərrahı, Milli Sağlamlıq Liqasının prezidenti Leo Bokeriya müsahibəsində sağlamlığı yaxşılaşdırmağın optimal yolunu açıqlayıb.
Tribunainfo.az rus mediasına istinadən xəbər verir ki, onun fikrincə, bu gəzintidir.
“Xaricdə böyük bir araşdırma aparıldı, nəticədə həftədə iki saat gəzən insanlar oturaq həyat tərzi keçirənlərdən 7-8 il daha çox yaşayırlar”, – deyə Bokeria bildirib.
“Gəzinti xəstəlikdən sonra ən yaxşı reabilitasiya vasitəsidir”.
Həkim çox ehtiyatla qaçmağı məsləhət görür – ürək döyüntüsünün 25%-dən çox artmamasına diqqət yetirmək lazımdır.
“Bu, məsələn, 60 yaşdan kiçik insanlar üçün maksimumdur. Nəbz 25% artıb, bu bir gün üçün kifayətdir”, – kardioloq yekunlaşdırıb.