LEO BANKDAN “GÜZƏŞT MÜDDƏTİ” FIRILDAĞI – ŞİKAYƏTbackend

LEO BANKDAN “GÜZƏŞT MÜDDƏTİ” FIRILDAĞI – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leo Bank kartının böyük bir nöqsanından yazmaq istəyirəm. Bilməyənlər insanlar agah olsun və bu tələyə düşməsin. Bu bankda Güzəşt Müddəti deyilən bir funksiya var, 60 gün ərzində vəsaitdən istifadəyə görə guya faiz tutmur. Ancaq bu heç də elə deyil.

Tribuninfo.az-ın məlumatına görə, problemlə sözügedən bankın müştərisi Fuad Hafiz adlı şəxs üzləşib. O bildirib ki, kartdan istifadə etdikdən sonra pulu yerinə vaxtında qoya bilməsəz, sizdən kartı istifadə etdiyiniz bütün aylar üçün faiz tutur:

“Siz kartdan istifadə edirsiz və 1,2,3 ay sonra da olsa, əgər istifadə olunan məbləğin son 10 manatını belə qaytarmasaz (məndə təsadüfən son gün yaddan çıxdı) bu bank sizdən 1 ayın yox, 2 ayın yox, kartı istifadə etdiyiniz bütün ayların faizini tutur.
Yəni bu güzəşt müddəti deyilən funksiya tam bir yalandır. 1-cə dəfə məbləği bağlamağı unudursuz və 1 ayın deyil, bütün ayların faizini ödəyirsiniz. Bu da növbəti fırıldaq növüdür, diqqətli olun”.

Nigar

Tribuninfo.az