Rusiyanın “Lenta.ru” internet nəşri Varşavski şossesində yerləşən redaksiyasına hücum olduğunu açıqlayıb.
Rusiyanın “Lenta.ru” internet nəşri Varşavski şossesində yerləşən redaksiyasına hücum olduğunu açıqlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər redaksiyanın yerləşdiyi binanın korpusunun şüşələrini sındırıb.
Cinayətkarlar habelə yanğın törədib və divarları nasist rəmzli ilə yazıblar.
Hücumun kimlər tərəfindən edildiyi hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.