Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.
Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.
TİA.AZ-ın unikal.org-a istinadən məlumatına görə, Canıyevin Beşiktaşda qətlə yetirildiyi “Range Rover” markalı, 90 ND 011 dövlət nömrə nişanlı avtomobili bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.
Məlumata görə, avtomobil “qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.
Xatırladaq ki, Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) 2016-cı il avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı avtomobil 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.