LƏNKƏRANIN MƏRKƏZİNDƏ TƏHLÜKƏ – İTLƏR “AT OYNADIR, İH BACARMIR…backend

LƏNKƏRANIN MƏRKƏZİNDƏ TƏHLÜKƏ – İTLƏR “AT OYNADIR, İH BACARMIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranın mərkəzi küçələri sahibsiz it sürülüri ilə dolub. Küçələrdə gəzmək olmur, aidiyyəti qurumlar isə heç bir tədbir görmür.

Tribunainfo.az xəbər verir ki, şəhərin mərkəzi hissəsi it sürüsünün məskəninə çevrilib. Sakinlər bildirir ki, itlər xüsusilə uşaq parklarında gəzişir, market və mağzaların yaxınlığında dolaşırlar. Çox vaxt dəstə halında kiməsə hücum da edirlər.

İt sürüsünün qorxusundan parklara girmək olmur.
Sakinlər bildirir ki, problemlə bağlı icra hakimiyyətinı müraciət də ediblər. Lənkəran İH-dən bildirilib ki, itlərin zəruri qaydada yığılması, yerləşdirilməsi üçün şərait və yer olmadığı üçün tez bir zamanda problemin həll edilməsi mümkün deyil.

Xatırladaq ki, hələ ötən il ərzində Lənkəranda it qapması ilə bağlı Lənkəran Mərkəzi Xəstəxanasına 527 müraciət daxil olub.

Tribunainfo.az