LƏNKƏRANIN İCRA BAŞÇISININ QARDAŞI İNTİHAR EDİB, YOXSA EHTİYATSIZLIQ? – AÇIQLAMA/TƏFSİLAT

LƏNKƏRANIN İCRA BAŞÇISININ QARDAŞI İNTİHAR EDİB, YOXSA EHTİYATSIZLIQ? – AÇIQLAMA/TƏFSİLAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşov özünü güllələyib. Tribunainfo.az məlumat verir ki, hadisə yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində qeydə alınıb. 48 yaşlı Azər Qaraşov hadisə yerində vəfat edib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətindən bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.
Sosial mediada qeyd edilir ki, ləğv edilən Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsində və bir sıra dövlət qurumlarında çalışmış Azər Qaraşov son dövrlər işsiz olub. O, üç uşaq atası idi. Taleh Qaraşov manset-az-a qardaşının intihar etmədiyini bildiyib:
“Qardaşımın heç bir problemi yox idi. Bu hadisə sırf ehtiyatsızlıq səbəbindən baş verib. Onun nə problemi ola bilərdi? Kürdəmirdə evdə silah təmizləyəndə ehtiyatsızlıqdan atəş açılıb. Yazırlar ki, kalaşnikovla özünü güllələyib, belə şey yoxdur. Əlində ov tüfəngi olub, məsələ araşdırılır”.
“Qafqazinfo” isə xəbər verib ki, Azər özünü yaşadığı evdə güllələyərkən otaqda tək olub.
İlkin araşdırmalar zamanı məlum olub ki, A.Qaraşovun həyat yoldaşı, övladları və anası hadisə vaxtı evdə olsa da, digər otaqlarda olublar. A.Qaraşov bir neçə dəqiqə əvvəl həyat yoldaşına harasa gedəcəyini və geyimlərini hazırlamasını deyib. Bir qədər sonra isə otaqdan atəş səsi eşidilib. A.Qaraşovun olduğu otağa ilk olaraq anası daxil olub və oğlunun özünü qarnından güllələdiyini görüb.

Dərhal hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma müraciət edilib. Lakin bir neçə dəqiqə sonra A.Qaraşov dünyasını dəyişib.

Hadisə yerinin araşdırılması zamanı evdən beşatılan növ tüfəng aşkar edilib. A.Qaraşovun qarnından aldığı xəsarətlərdən ölümü müəyyən edilsə də, hadisə vaxtı evin tavanında da güllə izləri müəyyən edilib.