Lənkəranda ağır yol qəzası olub.
Lənkəran rayon mərkəzi xəstəxanasının mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 15 iyulda saat 22.00 radələrində Ələt Astara magistral yolun Lənkəran rayon Boladi kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 7 yaralı daxil olub.
Xəstələrə ilkin tibbi xidmətlər gösrərilib.
Yaralılara bud sümüyünün sınığı, təpə nahiyəsinin əzilmiş didilmiş yaraları, sağ yuxarı ətraf və burunun sıyrılmış yaraları diaqnozu qoyulub.
Xəstələrdən 1-si kişi, 2-qadın, 4-si azyaşlıdır.
Qeyd edək ki, sürücü hadisə yerində dünyasını dəyişib.
Lənkəranda baş verən qəzada yaralıların kimliyi məlum olub.
Adlar aşağıdakı kimidir:
1. Süleymanov Rüfət Valeh oğlu (2007)
2. Süleymanova Gülsüm Valeh qızı (2009)
3. Süleymanov Valeh Kamal oğlu (1973)
4. Süleymanova Nuranə Süleyman qızı (1983)
5. Süleymanlı Səkinə Elman (2021)
6. Süleymanlı Fatimə Elman (2021)
7. Süleymanova Afət Təvəkkül qızı (1983).
Yaralılar xəstəxananın müvafiq şöbələrinə yerləşdiriliblər.