Lənkəranda yanğın baş verən hotelin bu gün açılışı olacaqmış

Lənkəranda yanğın baş verən hotelin bu gün açılışı olacaqmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış.
“Report”un  məlumatına görə, Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.

Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.
Hadisənin səbəbi araşdırılır.