LƏNKƏRANDA MƏHKƏMƏ SƏDRİ KİMDƏN ÇƏKİNİR? – ÖLƏN HƏKİMİN ATASI DANIŞDI

LƏNKƏRANDA MƏHKƏMƏ SƏDRİ KİMDƏN ÇƏKİNİR? – ÖLƏN HƏKİMİN ATASI DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda intihar edən stomatoloq Müşfiq Bağırovun intiharı ilə bağlı bəzi müəmmalar üzə çıxıb.Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov məlumat verib.

Müşfiq Bağırovun ölümündə şübhəli şəxslərin qeyri-qanuni pul köçürmələri ilə bağlı ayrıca icraata götürülmüş cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılır.
İşlə bağlı məhkəmə sədri Kamran Süleymanov mərhumun atası Dr. Zaman Bağırovu qəbul edib. Məhkəmə sədri zərərçəkmişə bildirib ki, Müşfiq Bağırovun ölümünə səbəb olmuş və hazırda sədrlik etdiyi məhkəmədə baxılan cinayət işini istintaqa qaytarmaq səlahiyyəti yoxdur.

Onun sözlərinə görə, bunu yalnız Baş Prokurorluğun Dövlət ittiham idarəsinin məhkəmədə iştirak edən nümayəndəsi edə bilər.
Z.Bağırov bildirib ki, məhkəmə kifayət qədər nöqsanları görürsə, nədən və hansı maraglara görə məsuliyyəti üzərindən atır?
Mərhumun atası iddia edir ki, qeyri-rəsmi pul köçürmələri istintaq tərəfindən düzgün hesablanmayıb, məbləğ azaldılıb. Ümumi məbləğ 10 milyon manatdan yuxarı olduğu halda, istintaq məhkəməyə yalnız 4 milyonluq dövriyyədən əldə olunmuş 48 min manatı qazanc kimi dəyərləndirərək günahkarları ağır cəzadan yayındırmağa çalışıblar.

Cinayətdə təqsirləndirilən Aqşin Abdullayev istintaqa ifadəsində ümumi dövriyyədən 200 min manatdan çox qazanc əldə etdiyini etiraf edib. Bura digər təqsirləndirilən İ.Teymurovun ifadəsini də aid etmək olar.
Z.Bağırov qeyd etdiyi nöqsanların yenidən araşdırılması və cinayətkarların layiqli cəzalandırılması üçün işin yenidən istintaqa qaytarılmasını tələb edir.

Zərərçəkmiş bildirir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, heç bir dövlət qurumu reaksiya vermir. Z.Bağırov hesab edir ki, oğlu M.Bağırov özünün də içərisində olduğu şəbəkənin təzyiq və təhdidlərinin qurbanı olub.
“Baş prokuror Kamran Əliyev məni qəbul edən zaman işi şəxsi nəzarətinə götürdüyünü və milyonlardan söhbət getdiyini demişdi. Amma nədənsə, onun müstəntiqi işin sonunda məbləği kəskin azaldaraq günahkarları cəzadan azad etdi. Görünən odur ki, oğlum Müşfiqin qanı batırıldı”, – deyə Z.Bağırov bildirib.