LƏNKƏRANDA İNTİHAR EDƏN HƏKİMİN İŞİ BAŞ PROKURORLUĞA VERİLDİ – ATASINDAN MÜRACİƏTbackend

LƏNKƏRANDA İNTİHAR EDƏN HƏKİMİN İŞİ BAŞ PROKURORLUĞA VERİLDİ – ATASINDAN MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin avqustunda intihar edən stomatoloq-həkim Müşfiq Bağırovun işi Bakı şəhər Baş Prokurorluğunun Baş İstintaq idarəsinin icraatına verilib. Tribunainfo.az bildirir ki, mərhumun atası Zaman Bağırovun sözlərinə görə, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə Lənkəran rayon Prokurorluğu xitam verdiyi üçün Baş Prokuror Kamran Əliyev işi şəxsən öz nəzarətinə götürüb.
Mərhumun atası inanır ki, Baş Prokurorluğun İstintaq İdarəsi oğlunun ölüm işini obyektiv şəkildə araşdıracaq və Müşfiqin intiharında məsuliyyəti olan şəxslərin barəsində cinayət işi açılacaq. Z.Bağırov Baş prokurora güvəndiyini qeyd edir, oğlunun intihar məktubunda adı keçən şəxslərin məsuliyyətə cəlb olunacağını gözləyir.

Qeyd edək ki, stomatoloq Müşfiq Abbasov 2022-ci il 21 avqust tarixində intihar edib.

Tribunainfo.az