Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
“Report”un Cənub bürosunun məlumatına görə, ölənlərin hamısı “Mitsubishi”də olublar.
Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.
Ölənlərdən 2-si kişi, 3-ü qadındır.
***18:14
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.