Lənkəran rayonunda müvəqqəti saxlama kamerasında saxlanılan şəxs intihar edib.
Lənkəran rayonunda müvəqqəti saxlama kamerasında saxlanılan şəxs intihar edib.
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, soyğunçuluq məqsədilə evə basqın edərək ona ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürüb.
İlkin məlumata görə, adı hələlik açıqlanmayan şübhəli polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü vurub. İntihar edənin Xolmili kənd sakini olduğu söylənilir.
Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də Lənkəran rayonunun Xolmili kəndində baş vermişdi. Belə ki, evə basqın edən şəxs və ya şəslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib, lakin bir neçə gün sonra dünyasını dəyişib. Dünyasını dəyişən V. Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.