Lənkəran Mərkəzi Xəstəxanasında acınacaqlı vəziyyət

Lənkəran Mərkəzi Xəstəxanasında acınacaqlı vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Hüseyn Cəbrayıloğlu Lənkəran Mərkəzi Xəstəxanasında mövcud olan narahatedici vəziyyəti ictimailəşdirib.

Tribunainfo.az xəbər verir ki, Cəbrayıloğlu sosial şəbəkədə yaydığı açıqlamada xəstəxananın baxımsızlıqdan əziyyət çəkdiyini bildirib:

“Lənkəran Mərkəzi Xəstəxanası yaxın illərdə təmir olunub. Dəhlizlərdə, otaqlarda soyutma sistemi yoxdur, tər iyi, adam iyinə qarışıb. Bölgədə, 7 rayonda bəlkə 4 travmatoloq var və deyəsən ikisi də Lənkərandadır. Uzun növbə yaranıb, qışqıran, talışlar demiş zikkə vuran, ürəyi gedən…”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul