Lənkəran Mərkəzi Xəstəxanası: “Bu, onun 4-cü qızı idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayon Mərkəzi Xəstəxanası 6 günlük körpənin öldürülməsinə aydınlıq gətirib. 

Lənkəran rayon Mərkəzi Xəstəxanası 6 günlük körpənin öldürülməsinə aydınlıq gətirib.

Xəstəxanadan AzNews.az-a daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü, Darquba kənd sakini Valiyyə Rzayeva İsfəndiyar qızı iyulun 25-də doğum şöbəsinə daxil olub:

“Keysəriyyə yolu ilə onun ikinci uşağı dünyaya gəlib. Bu Valiyyənin 4-cü hamiləliyi idi. Birinci qızı doğulandan sonra iki uşaq abort etdirib. Onlar da qız olub. 4-cü dünyaya gələn qız uşağının çəkisi 4 kilo 300 qram idi. Özü də çox sağlam. Biz əhvalatı bu gün eşitmişik və olanlardan dəhşətə gəlmişik”.

Xəstəxanadan verilən məlumata görə, Valiyyə Rzayeva 2 gün doğum şöbəsində müalicə olunub:

“Burada qaldığı müddətdə daima evlərindən onun yanına gəlib-gedən olub. Ailənin diqqətində olub. Yəni, belə bir diqqətdən sonra ailə necə qız uşağını qəbul etməz?”.

Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb. Hadisə Darquba kəndində qeydə alınıb.

Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib.