Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.
Sürüşmə nəticəsində Lənkəran-Lerik yolu tamamilə bağlanıb.
TİA.AZ-ın APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, torpaq qatının tökülməsi yolun tamamilə bağlanmasına səbəb olub.
Hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Hazırda yolun 17 km-dən 52-ci kilometrinədək olan hissəsində ciddi problem yaranıb. Yollar tamamilə bağlanıb.
Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, yolda nəqliyyatın hərəkətini təmin etmək məqsədilə Yol-İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib. Hazırda yola dağılan iri ağaclar hissələrə bölünərək yığışdırılır, torpaq qatı təmizlənir.