Rusiya inqilabçısı, publisist, SSRİ-nin qurucusu Vladimir İliç Lenin (həqiqi soyadı Ulyanov) 147 il öncə 1870-ci 22 aprel tarixində Simbirskdə xalq məktəbi inspektoru İlya Nikolayeviç Ulyanovun ailəsində anadan olub.
Rusiya inqilabçısı, publisist, SSRİ-nin qurucusu Vladimir İliç Lenin (həqiqi soyadı Ulyanov) 147 il öncə 1870-ci 22 aprel tarixində Simbirskdə xalq məktəbi inspektoru İlya Nikolayeviç Ulyanovun ailəsində anadan olub.
Leninin ailəsinin kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir – çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin öz dövrünün ən nüfuzlu insanlarından biri olub. İnsanlar Leninə görə ölümə getməyə, hakimiyyəti devirməyə və hətta onu görmək üçün bir-birilərini tapdalamağa da hazır idi. Əgər Lenini yaxından tanısaydılar, güman ki, ümidləri puça çıxardı… Əslində Vladimir İliç deyildiyi qədər sadə adam olmayıb. O, kobud və qəddar olub. Bütün silahdaşlarına nifrət edər və yüksək vəzifəyə qoyduğu insanları sonradan daha aşağı vəzifələrə təyin edərdi. Təbiətən Lenin müəyyən məqsədə doğru gedən və dəmir iradəli insan olub. Lakin əsəb sistemi hər zaman Lenini yoldan çıxarardı. İnqilabın başçısı tez-tez yorular və təbiətdə dincəlməyə ehtiyac duyurdu. Lenin tez özündən çıxan, hirsli, qəzəbli olub.
Elə ona görə də, yuxusuzluqdan, baş ağrısından əziyyət çəkər, gec yatıb, səhərlər pis oyanardı. Yuxudan ayılan kimi evin təmiz olmasını tələb edər, ayaqqabılarını parlayana qədər təmizlətdirər, ləkə və çirkə nifrət edərdi. Lenin şəxsi həyatda xan, siyasətdə isə ədəbsiz idi. Lenin və arvadı Nadejda Krupskayanın uşaqlarının olmaması proletariat başçısının şəxsi həyatını tabuya çevirmişdi. Leninin görmə qabiliyyəti zəif olub. Şairlər Leninin məşhur qıyıq gözlərini mədh edərdi. Onun sol gözü pis gördüyündən nəyəsə diqqətlə baxmaq üçün var-gəl edirdi. Sol gözü ilə oxuyar (uzağı görmürdü), sağ gözü iləsə uzaq məsafəyə baxırdı (yaxını görmürdü).
1922-ci ilin mayın 25-də Lenin iflic oldu: iflic sağ əl, sağ ayaq və nitqinə təsir etmişdi. Stalin yaxın insanlarının əhatəsində onun vəziyyətini soyuqqanlıqla şərh etmişdi: “Lenin kaput!” İnqilab başçısının orqanizmi vaxtından əvvəl köhnəlirdi. Fiziki və əsəb-emosional sistemi həddindən artıq yüklənməyə dözmürdü. Həyatının ilk 46 ilində (daha doğrusu, 1917-ci ildə mühacirətdən Rusiyaya qayıtdıqda) Lenin ədəbiyyatla məşğul olaraq sakit həyat tərzi keçirirdi.
O, ölkə idarəçiliyini ələ almaq, xaos girdabına baş vurmaq və müharibə aparmaq iqtidarında deyildi. İlk iflicdən sonra Lenin tam iş rejiminə qayıtmadı. Onun yaratdığı hakimiyyət pilləsində isə qeyri-stabillik baş verirdi. Bolşevik hakimiyyətində vəzifə uğrunda mübarizə gedirdi. Həkimlərin qadağasına baxmayaraq, çarpayıya məhkum edilmiş Lenin işə qayıdaraq ölkənin siyasi həyatında iştirak və təsir etmək istəyirdi. Lakin tezliklə Lenin onun fikirlərinin artıq heç kimin marağında olmadığını hiss etdi. O, demək olar, ikinci dərəcəli insana çevrildi. Bütün partiya baş katib Stalinin əlinə keçmişdi.
Bəlkə də, o, ağır xəstə olan vaxtlarda Stalin və onun aparatının Leninə qarşı çevrilməsəydi, hər şeyə dözərdi. Vladimir İliç həyatını itirməmişdən qabaq hələ ölkə və partiya üzərində hakimiyyətini itirdi… Vladimir İliç hakimiyyət pərəstişkarı idi. Hakimiyyətə görə Rusiyanın yarısını da verməyə hazır idi. O, kommunizm, xoşbəxt cəmiyyətin quruculuq ideyalarını inkişaf etdirdi. Xoşbəxt olmaq istəyirsiniz? Demək, qurban vermək lazımdır. 21 yanvar 1924-cü il 53 yaşında vəfat edən Leninin balzamlanmış cəsədi, hələ də Moskvanın tam mərkəzində yerləşən Qızıl meydan – “Kreml”də arxitektor A.V. Şusevin inşa etdiyi Mavzoley kompleksində qorunur.
İlahə