Leninin oxşarı döyüldü

Leninin oxşarı döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda yeniyetmələr Vladimir Leninə oxşarlığı ilə seçilən Fyodor adlı yaşlı kişiyə hücum ediblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər qərargahından məlumat verilib.

Hücum edənlər sosial şəbəkələrin monitorinqi zamanı müəyyən edilib. Zərərçəkmiş əvvəlcə yeniyetmələrə müqavimət göstərməyə çalışsa da, üzünə dəyən yumruqdan sonra yıxılıb və ayağa qalxa bilməyib.

Yeniyetmələrə qarşı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) cinayət işi açılıb.

 

Oxu.az