Moskvada bir vətəndaş Leninin məzarını yandırmağa cəhd edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Bildirilir ki, 37 yaşlı Konstantin adlı şəxs gecə saat 22:00 radələrində məqbərəyə yaxınlaşaraq ona Molotov kokteyli atıb.
O, həbs edilib, “polis əməkdaşının qanuni tələbinə tabe olmamaq” maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Qeyd olunur ki, vətəndaş hazırda polis nəzarətindədir, hərəkətlərin motivləri dəqiqləşdirilir.
Məqbərənin özünə heç bir ziyan dəymədiyi bildirilir.