Ləğv olunan təyyarə reysi həyatını xilas etdi – Ailəsindən tək o sağ qaldıbackend

Ləğv olunan təyyarə reysi həyatını xilas etdi – Ailəsindən tək o sağ qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hatayda yaşayan Cəmil Yurtseven adlı şəxs zəlzələdən 3 gün əvvəl İstanbulu tərk edib. Onun 5 fevralda geri dönəcəyi təyyarə reysi ləğv olunub.
Fevralın 6-da Yurtseven geri dönə bilməyəndə mərkəzi Kahramanmaraş olan 11 vilayətdə zəlzələ baş verdi.
Nəticədə onun müəllimi, atası, anası və bacısı olmaqla 7 qohumu dağıntılar altında ölüb.
Xilas olunduğuna sevinməyən Cəmil Yurtseven sosial media hesabında yazıb: “Anam Gamze Yurtseven, atam Hasan Duman Yurtseven, qardaşım İlayda Yurtseven, babam Cəmil Yurtseven, nənəm Melek Yurtseven, bibim Aslını itirdik. Mənə mesaj göndərən, zəng edən, yanımda olan bütün dostlarımdan, yaxınlarımdan Allah razı olsun”.