Lizinq xidmətləri göstərən “Legion Financial” ASC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 422-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu, investisiya fondunun idarəçisi və emitent tərəfindən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Şirkətlə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 20 dekabr tarixində hakim Mehriban Qarayevanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, 2020-ci ildən fəaliyyət göstərən “Legion Financial”ın qanuni təmsilçisi (Direktoru) Məmmədov Böyükağa Mirkamal oğludur. 2022-ci ilin sonuna olan məlumata görə, “Legion Finanacial”ın səmdarları 4 fiziki şəxs olub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar