O, nişanlısının onu necə dəstəklədiyini xatırladı.
Nyu-Yorkda Mayhem Ball turu çərçivəsində baş tutan konsertdə Ledi Qaqa nişanlısı Maykl Polanskinin dəstəyini yada salaraq tamaşaçıları duyğulandırdı.
Tribunainfo.az Mirror-ya istinadən xəbər verir ki, sənətçi etiraf edib ki, doğma şəhərində çıxış edərkən sanki “mübarizə aparmalı olduğunu” hiss edib. Axı məhz burada bir vaxtlar arzuları uğrunda mübarizə aparmışdı. “Mən rəfiqəmə dedim ki, yəqin bu konsert üçün mübarizə aparmalı olacam. O isə cavab verdi: “Bəzən mübarizə aparmaq lazım deyil – sadəcə səhnəyə çıxmaq kifayətdir”. Bu mənim üçün çox önəmli idi”, – deyə Qaqa bölüşüb.
Ulduzun sözlərinə görə, çıxışdan öncə Polanski də ona xüsusi dəstək verib: “Sadəcə onlara sənə güc verməyə icazə ver”. Bu sözlərdən sonra Qaqa “Hair” mahnısını ifa edərkən göz yaşlarını saxlaya bilməyib.
Bu, sənətçinin sevgilisinə səhnədən ünvanladığı ilk səmimi sözlər deyil. Daha əvvəl o, Polanskini “həyatının sevgisi” adlandıraraq gündəlik həyatına gətirdiyi xoşbəxtliyə görə təşəkkür etmişdi. Polanski isə öz növbəsində onunla qürur duyduğunu və həmişə yaradıcılıq eşqini alovlandırmağa çalışdığını demişdi.
Ledi Qaqa kimlə sevgilidir?
Məlum olduğu kimi, müğənni amerikalı sahibkar və investor Maykl Polanski ilə 2019-cu ildə tanış olub. Cütlük qısa müddətdə münasibətlərini gizlətməyib və tez-tez birlikdə tədbirlərdə və sosial şəbəkələrdə görünüblər.
2024-cü ilin aprelində onların nişanı elan olunub. Qaqa dəfələrlə Polanskinin onun üçün dayaq və ömrünün sevgisi olduğunu vurğulayıb, Polanski isə öz növbəsində Qaqanı başlıca ilham mənbəyi adlandırıb.
İmran Kərimli