backend

Le Pen AB-ni dağıdıb, yenidən qurmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mən Avropa Birliyini Avropanın Müstəqil və Suveren Dövlətləri Alyansı ilə əvəz etmək istəyirəm. 

Mən Avropa Birliyini Avropanın Müstəqil və Suveren Dövlətləri Alyansı ilə əvəz etmək istəyirəm.

TİA.AZ xəbər verir ki, bunu “Avropa 1” televiziyasında çıxışı zamanı ultrasağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen söyləyib.

“Mən avropalıyam. Mən AB-ni istəmirəm. Ola bilsin ki, ona yeni ad tapa bilərik. Məsələn bu, Avropa alyansı ola bilər. Həmin təşkilat Avropa dövlətlərini milli maraqlarına zidd olmadan müəyyən layihələrdə birləşməyə yardım edəcək. AB-nin əsas problemi odur ki, o, artıq totalitar quruma çevrilib”, – deyə o bildirib.

Qeyd edək ki, Le Pen Fransada 7 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda liberalların namizədi Makronla mübarizə aparacaq.