LDU kompüter satan şirkətdən generator alırbackend

LDU kompüter satan şirkətdən generator alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tender sahəsində maraqlı hadisələr yaşanır. Tribunainfo.az xəbər verir ki, dünən bu maraqlı hadisələrdən biri Lənkəran Dövlət Universitetinin (LDU) keçirdiyi tenderdə baş verib.
Belə ki, universitet “Maşın və avadanlığın alınması” adlı tender keçirib və “UNİSELL” MMC bu prosesin qalibi olub. Bunun üçün 159.821,56 manatlıq satınalma müaaviləsi imzalanıb.
Tribunainfo.az LDU-nin “UNİSELL”dən hansı maşın və avadanlıqları alacaqlarını araşdırıb. Məlum olub ki, universitet MMC-yə xeyli sayda kompyüter, printer və bu qəbildən olan avadanlıqlar alacaq. Bura qədər hər şey normaldır və tenderə uyğundur.
Lakin sifarişlərdən biri isə generator alınmasıdır. Belə ki, LDU “Unisell”ə 1 ədəd kabinli yanacaq növü dizel olan “Generator 50 KVA” sifariş edib.
“Unisell”in rəsmi saytında qeyd olunur ki, şirkət 2019-cu ildə yaradılıb. Şirkət İT avadanlıqlarının, noutbukların, kompüterlərin, printerlərin, şəbəkə avadanlıqlarının, aksesuarların (monitorlar, siçanlar, klaviaturalar, çantalar, flaş kartlar və s.), kartriclərin və bunların hissələrinin satışı və kartriclərin doldurulması ilə məşğuldur.
Yəni, şirkətin rəsmi saytında açıq şəkildə yazılır ki, onlar kompyüter və ona aid olan hər şey satır. Lakin “Unisell” nə benzinlə, nə də dizellə işləyən generator satmır. Şirkətin rəsmi saytında bu barədə bir kəlmə də olsun keçmir.
Belə olan halda, LDU generator məsələsini necə əsaslandıracaq?
Xatırladaq ki, “Unisell” şirkəti 2019-cu ildə yaradılsa da, son zamanlar çoxlu sayda tenderlərin qalibi olub. Məlumat üçün bildirək ki, şirkətin sonuncu tenderi isə dünən yekunlaşıb. Bu dəfə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə satınalma müqaviləsi imzalanıb. “Televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması” müqaviləinin dəyəri isə 569.078,6 manat təşkil edir.
O ayrıca mövzudur ki, “Unisell” MMC-nin bu qələbələri nəyə və kimə bağlıdır. Bu hələlik məlum olmasa da, gedişat işin içində iş olmasına şübhələrin oldğunu deməyə əsas verir.
Xatırladaq ki, “UNİSELL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Elnur Ağamalı oğlu Qasımovdur. Bəzi məlumatlarda bu şəxsin vəkil olduğu qeyd edilir. Onun hazırda Vəkillər Kollegiyasının üzvü olduğu bildirilir.