Lənkəran Dövlət Universiteti (LDU) 2025-ci il ərazində bir sıra konfrans keçirmək barədə qərar verib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı universitet tender elan edib.
Dünən məlum olub ki, LDU-nun nəzərədə turduğu 4 konfransın keçirilməsi üçün elan edilmiş tenderin nəticələri ləğv edilib. Belə ki, bu işlərin görülməsi üçün 58 min 45 manat vəsait ayrılıb. Lakin tenderin şərtlərində qüsurlar olduğundan nəticəsi ləğv olunub.
Tribuinainfo.az-ın araşdırması zamanı bəlli olub ki, burada söhbət 4 konfrtansdan gedir. 180 nəfərin iştirakı nəzərədə tutulan konfranslardan biri “Meşə və biomüxtəlifliyin ərzaq təhlükəsizliyinə və əhali sağlamlığına təsiri” adlı tədbir olub. Qəribədir ki, 180 nəfərlik konfrans üçün 250 ədəd qələm sifariş olunub.
Analoji vəziyyət “Ərzaq qida təhlukəsizliyi və əhalinin: muasir vəziyyət, problemlər və perspektivlər”, “Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətləri: muasir trendlər və aktual problemlər” və “2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” konfranslarının şərtləri sırasında da yaşanıb. Bu tədbirlərdə də 180 nəfərin iştirak etməsinə rəğmən, 250 ədəd qələmin alınması nəzərədə tutulubmuş.
Fərda Uğur