Mən xarakter etibarilə çox emosionalam, qarşımda kim olur-olsun, lazım gəlsə, ona kəllə vuraram.
Mən xarakter etibarilə çox emosionalam, qarşımda kim olur-olsun, lazım gəlsə, ona kəllə vuraram.
TİA.AZ xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə “V element” verilişində deyib. O, futbolçularla söhbəti haqda da danışıb:
“Oyun zamanı hətta qapını da çırpıb çıxa bilərəm. Yəni Zidanlıq etməyi bacarıram, çünki xəmirim belə yoğurulub. Atam da belə idi, amma artıq yaşlaşmışam. Həmişə futbolçulara deyirəm ki, sizə bilet bir manatdır, niyə sizə baxmağa gələn yoxdur, amma “Planet Parni İz Baku”nun tamaşalarına ən bahalı biletləri alıb gəlirlər. Çünki biz həmişə səhnəyə canımızı qoyuruq, tamaşaçılara hörmət edirik. Amma futbolçular bunu etmirlər, nə özlərinə hörmət edirlər, nə valideynlərinə, nə də məhəllə uşaqlarına. Mən KVN-də erməni komandasına uduzsaydım, ata-anamın üzünə baxa bilməzdim. Futbolçularımız başa düşmür ki, uduzmaq olmaz”.