Lazer proseduru üçün “MONE” gözəllik salonuna gedən müştərinin saçını ürtüblər.Tribunainfo.az xəbər verir ki, bu barədə zərərçəkən müştəri Zeynəb Abbasova paylaşıb. O bildirib ki, “Memar Əcəmi” metro stansiyasının yaxınlığındakı salonda usta diqqətsizlikdən onun saçını yandırıb:
“Lazerçi ‘’xanım” saçımın təpə hissəsini yandırdı.Və günahkar məni gördü. “Başını tərpətdin” dedi. Halbuki mənə suallar verib söhbət edirdi, diqqətsiz şəkildə saçımı yandırdı. Mənə deyir ki, “xanım, işdir olub, nə siz mübahisə aparın, nə mən mübahisə edim. Onsuz olan olub”. Məni haqsız gördü və üzr belə istəmədi. Salonun digər işçisi də məni günahkar gördü. Mene deyirlər, saçın yanmayıb, heçnə yoxdur dedi. Sonra özümü müdafiə edən zaman “Saçına toz səpmisən, o da şüanı çəkir ona görə yanıb” dedi.Və sonra mənə “siz problemli adamsız” dedi. Ziyan görən də mən, ittiham olunan da mən”.
Şikayətçi salonun və lazer edən ustanın cəzalandırılması üçün kömək istəyib.
Tərəfləri dinləməyə hazırıq.
Nigar