“Lazer Beauty Estetik Klinikası” bu nöqsanlara görə cərimələndibackend

“Lazer Beauty Estetik Klinikası” bu nöqsanlara görə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lazer Beauty Estetik Klinikası”nda aparılan yoxlama zamanı nöqsanlar aşkarlanıb.

Tribunainfo.az xəbər verir ki, yoxlama zamanı məlum olub ki, xüsusilə qadınların müraciət etdiyi estetik klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Estetik mərkəzlə bağlı işə sabah Xətai Rayon Məhkəməsində baxılacaq. İş hakim Fuad Axundovun icraatındadır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar