Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-21-də Rusiyaya rəsmi səfər edəcək.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan fevralın 20-21-də Rusiyaya rəsmi səfər edəcək.
TİA.AZ xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafına istiqamətlənmiş addımlar müzakirə ediləcək, gündəlikdə duran bir sıra regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq.
Nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini də müzakirə edəcək.