LAVROVDAN XƏBƏRDARLIQ: “ƏN BÖYÜK İKİ NÜVƏ DÖVLƏTİNİN TOQQUŞMASI CİDDİ RİSKLƏR YARADACAQbackend

LAVROVDAN XƏBƏRDARLIQ: “ƏN BÖYÜK İKİ NÜVƏ DÖVLƏTİNİN TOQQUŞMASI CİDDİ RİSKLƏR YARADACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Lavrov Qara dənizdə ABŞ pilotsuz təyyarəsinin vurulmasını dəyərləndirib: Amerika tərəfi qarşıdurma yanaşmalarını gücləndirmək üçün daim təxribat axtarmağa çalışır.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın MQ-9 PUA-nın Qara dənizdə qəzaya uğramasından danışıb.

“Rossiya-1” dövlət kanalında yayımlanan proqrama qatılan Lavrov bildirib ki, ABŞ Rusiyanın “xüsusi hərbi əməliyyat” üçün Qara dənizdə uçuşu qadağan edən zonalar elan etməsinə məhəl qoymayıb.

“Amerika tərəfi daim öz qarşıdurma yanaşmalarını gücləndirmək üçün təxribat yaratmağa çalışır. Bu yanaşma pisdir”, – deyən Sergey Lavrov ABŞ tərəfinin həmişə strateji sabitliklə məşğul olan məsul ölkə olduğunu bəyan edib. Lakin Amerika rəsmilərinin hərəkətləri onların sözləri ilə üst-üstə düşmür.

“Dünyanın iki ən böyük nüvə dövləti olan qlobal təhlükəsizlik üçün iki böyük dövlət arasında münaqişəyə səbəb olacaq hər hansı hadisə həmişə ciddi risklər yaradır”, – Lavrov bildirib.