LAVROV TÜRKİYƏDƏN KİYEVƏ YENİ SİLAH TƏDARÜKÜNÜ QƏBULEDİLMƏZ HESAB EDİB

LAVROV TÜRKİYƏDƏN KİYEVƏ YENİ SİLAH TƏDARÜKÜNÜ QƏBULEDİLMƏZ HESAB EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.

Tribunainfo.az-ın məlumatına görə, Müzakirələr zamanı Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva Ukraynaya silah tədarükünün davam etdirilməsini qəbuledilməz hesab edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdə qeyd olunub.

Nazirlər digər məsələlər, xüsusən də Ukraynanın “Azov” briqadasının keçmiş komandirlərinin Ukraynaya qaytarılması ilə bağlı qərara dair fikir mübadiləsi aparıblar.

“Müvafiq addımlar müstəsna olaraq mənfi nəticələrə gətirib çıxara bilər”, – Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, Türkiyə və Ukrayna pilotsuz uçuş aparatlarının istehsalını birgə inkişaf etdirməyi planlaşdıran sənəd imzalayıblar.