Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyənin Alanya şəhərinə işgüzar səfər edəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Türkiyənin Alanya şəhərinə işgüzar səfər edəcək.
TİA.AZ AzVision.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
O, qeyd edib ki, Alanya şəhərində Rusiya və Türkiyə prezidentlərinin başçılıq etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 5-ci iclası keçiriləcək:
“Bu Türkiyə-Suriya sərhədində baş verən insidentdən sonra Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun ilk iclasıdır. İclasda ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq. Suriyadakı, ümumilikdə Yaxın Şərq regionundakı vəziyyət həmçinin Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparılacaq”.