Əgər “Tomahawk” qanadlı raketləri Ukraynanın əlinə düşərsə, bu, döyüş meydanındakı vəziyyətə heç bir şəkildə təsir etməyəcək.
Tribunainfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasında bildirib.
Onun sözlərinə görə, Kreml artıq açıq şəkildə bəyan edib ki, “Tomahawk” raketləri Ukraynanın əlinə düşsə belə, bu, hərbi vəziyyəti dəyişməyəcək.
Lavrov qeyd edib ki, amerikalılar “Tomahawk” hamıya vermir: “Avropalılar arasında səhv etmirəmsə, İspaniya və Niderlanda tədarük edirlər, qalanlarına qarşı bir qədər ehtiyatlıdırlar. Əgər onlar (amerikalılar-red.) Ukraynanın məsuliyyətlə istifadə edəcək bir məsul güc olduğuna inanırlarsa, o zaman bu, mənim üçün təəccüblü olardı”.