“Prezident Putin şəxsən 2020-ci ilin noyabrında müharibəyə necə son qoymağın mümkün olmasında və nizamlanmanın əsas parametrlərini, o cümlədən münaqişənin həlli məsələlərini müəyyən edən bir sıra üçtərəfli Ermənistan-Azərbaycan-Rusiya sənədlərinin ən yüksək səviyyədə razılaşdırılmasında həlledici rol oynayıb”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakın yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, üç ölkənin baş nazirinin müavinləri səviyyəsində məsələnin iqtisadi tərəfi ilə məşğul olan müvafiq strukturlar yaradılıb.