Lavrov Məmmədyarovla-Nalbandyanın qapalı görüşünü izləmək üçün BUNU ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə müəmmalı məqamlar diqqət çəkir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə müəmmalı məqamlar diqqət çəkir.

TİA.AZ xəbər verir ki, əvvəlcə görüşün Avstriyanın Mauerbax şəhərində keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-formal iclası çərçivəsində baş tutacağı haqda məlumatlar var idi. Hər iki nazir iyulun 11-də adıçəkilən iclasda iştirak etdilər. Lakin ikitərəfli görüş Brüsseldə baş tutdu. Ən maraqlı məqam isə ATƏT-in iclasında iştirak üçün Avstriyaya yollanan Rusiya xarici işlər naziri Sergey Lavrovun da nazirlərin görüşünün keçirildiyi Brüsselə getməsi idi. Məlumatlara görə, görüşü izləyən jurnalistlər də “Lavrovun Brüsseldə nə işi var?” deyə təəccüblü suallar verib. Çünki görüş Azərbaycan və Ermənistan XİN rəhbərləri və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilirdi.

Brüsselə gələn Lavrov orada Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Moqerini ilə görüşüb. Bu görüşdən dərhal sonra isə Brüsseldə olan Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla bağlı qapılar arxasında müzakirələr aparıb.Qapalı müzakirələrə dair müəyyən ehtimallar var, lakin məhz Lavrovun Brüsselə gəlişi və erməni nazirlə qapalı görüşü müəmmalı olaraq qalır.

Erməni jurnalist Naira Ayrumyan iddia edir ki, Lavrov Brüsselə nazirlərin görüşünə nəzarət etmək üçün gedib.

“Görüşdə hansı razılıqların əldə olunması gözlənilirdi? Lavrov bu razılaşmaların qarşısını aldımı? Bu suallar cavabsızdır, ancaq şübhələr var. Ehtimallara görə, Rusiya tərəflərin ABŞ-ın təşəbbüsü ilə hansısa razılığa gəlməsindən narahatdır, Lavrovun Brüsselə sirli səfəri də məhz buna hesablanmışdı”, – deyə erməni jurnalist yazıb.