backend

Lavrov Lapşinin ekstradisiyasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz istənilən jurnalist və şəxsin hər hansı yeri ziyarət etməsinin kriminallaşdırılmasının əleyhinəyik. Biz həmçinin Rusiya vətəndaşının üçüncü ölkəyə ekstradisiyasına qarşıyıq”. 

“Biz istənilən jurnalist və şəxsin hər hansı yeri ziyarət etməsinin kriminallaşdırılmasının əleyhinəyik. Biz həmçinin Rusiya vətəndaşının üçüncü ölkəyə ekstradisiyasına qarşıyıq”.

TIA.AZ-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.

“Bizim Belarusla istənilənilən şəxsin ekstradisiya sahəsində vahid siyasətimiz mövcuddur və bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət aparmışıq. Lapşin həmçinin İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək”.