Moskva Ermənistan və Türkiyə münasibətlərinin normallaşdırılmasına yardım etməyə hazırdır.
Moskva Ermənistan və Türkiyə münasibətlərinin normallaşdırılmasına yardım etməyə hazırdır.
TİA.AZ xəbər verir ki, bunu Ermənistanın “Regional Post” jurnalına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
“İrəvan və Ankara danışıqlar masasına oturan kimi Rusiya onlara ən aktiv dəstəyini göstərməyə hazır olacaq. Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını alqışlayır. Bunun reallaşması regiona ümumilikdə yaxşı təsir edəcək”, – deyə o bildirib.