LAVROV: “ERMƏNİSTAN KTMT MİSSİYASININ YERLƏŞDİRİLMƏSİNDƏN FAYDA GÖRƏCƏK”backend

LAVROV: “ERMƏNİSTAN KTMT MİSSİYASININ YERLƏŞDİRİLMƏSİNDƏN FAYDA GÖRƏCƏK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sergey Lavrovun sözlərinə görə, 2022-ci ilin payızında KTMT-nin İrəvan sammiti üçün təşkilatın müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı sənəd hazırlanıb.

Tribunainfo.az Sputnim Armeniya-ya istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsindən faydalanacaq və daha stabil vəziyyətə düşəcəkdi.

Rusiya XİN rəhbərinin sözlərinə görə, “Əgər İrəvan artıq razılaşdırılmış şeyi təsdiqləsəydi və imzalanmağa və qüvvəyə minməyə hazır qalsaydı, mən əminəm ki, Ermənistan qalib gələcəkdi və daha sabit vəziyyət alacaqdı”.

Qeyd edək ki, aprelin 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə bildirib ki, Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır, lakin bu istiqamətdə müzakirələr davam edir.