LAVROV-BAYRAMOV-MİRZOYAN NƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK?

LAVROV-BAYRAMOV-MİRZOYAN NƏLƏRİ MÜZAKİRƏ EDƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı diplomat qeyd edib ki, Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı bütün məsələlər üzrə Moskva, İrəvan və Bakı arasında dialoq heç vaxt kəsilməyib.

Tribunainfo.az RBC-yə istinadən xəbər verir ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü Bişkekdə baş tuta bilər, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin bu barədə məlumat verib.

“Ümid edirik ki, bu cür təmaslar davam edəcək. Biz bu il oktyabrın 12-də Bişkekdə MDB sammitinin tədbirləri çərçivəsində xarici işlər nazirləri səviyyəsində belə müzakirələrin keçirilməsi imkanını nəzərdən keçiririk. Azərbaycan tərəfi artıq prinsipial razılıq verib. Biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştiraka razı olacaq”, – Qaluzin bildirib.