backend

Latviya Prezidenti Bakıya gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə gələn ay Azərbaycana səfər edəcək. 

Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə gələn ay Azərbaycana səfər edəcək.

Bu barədə TİA.AZ-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfərin məqsədi Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.

Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər və ictimai xadimlərin iştirakı gözlənilir.

Qeyd edək ki, bu, Bakıda keçirilən sayca beşinci forumdur. İlk forum 2013-cü ildə təşkil olunub.