Latın Amerikada keçirilən “Latına Turkish Awards” mükafat mərasiminə Beren Saat və Engin Akyürek damğa vurub.
Latın Amerikada keçirilən “Latına Turkish Awards” mükafat mərasiminə Beren Saat və Engin Akyürek damğa vurub.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Beren Saat “Ən yaxşı qadın aktrisa” və “Ən seksual türk artisti” mükafatlarına layiq görülüb.
Türkiyənin “Aşkı-Memnu” və “Fatmagülün suçu nə?” kimi məşhur serialları Perunun ən tanınmış kanalı “Latına Pe TV”-nin keçirdiyi “Latına Turkish Awards”a damğasını vurub. Belə ki, 21 nominasiyada mükafatların paylandığı tədbirdə türk serialları 51 namizədliklə mərasimin ən çox səs gətirən ekran işləri olub.
1 milyon tamaşaçının internet üzərindən verdiyi səslərlə təyin olunan Latın Amerikasının ən yaxşıları mükafatları mərasimində Bihter və Behlülün gizli məhəbbəti qitələri aşaraq “İlin ən yaxşı serialı” nominasiyasında 9 mükafata layiq görülüb.
“Aşkı-Memnu”nun digər fenomen xarakteri Zerrin Tekindorun canlandırdığı Madmazel Dəniz “Unudulmaz obraz” mükafatına, Nebahat Çehrə isə Firdovsi Yöreoğlu xarakteri ilə “İkinci planda ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.
Beren Saat və Engin Akyürekin rol aldığı “Fatmagülün suçu nə?” isə gecənin “Ən əfsanəvi serial”ı , eləcə də Engin Akyürek “Ən yaxşı aktyor” seçilib.