Latın Amerikası Merkelə qarşı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela hakimiyyəti Almaniyanın kansleri Angela Merkelin ölkənin daxili işlərinə qarışmasını qınayıb. 

Venesuela hakimiyyəti Almaniyanın kansleri Angela Merkelin ölkənin daxili işlərinə qarışmasını qınayıb.

TİA.AZ xəbər verir ki, bu öldəkə böhran əleyhinə yaranmış gərginliyin guya sülh yolu ilə həllinə çalışan Merkel əslində, müəyyən qüvvələrə təzyiq edir. Eynilə Boliviya Respublikasının xarici işlər naziri Delsi Rodriqes də Merkeli Latın Amerikası ölkələrinin daxili siyasətinə qarışmamağa çağırıb.

Qeyd edək ki, kansler əməkdaşlıq çərçivəsində Latın Amerikası ölkələrinə ard-arda səfər edib. O, burada müxalifətlə hakimiyyəti sülhə çağırsa da, hakimiyyətin sıxışdırıcı cəhdlərini pisləyib. Rodriqes Tvitter hesabında buna belə reaksiya verib: “Merkel bilməlidir ki, müxalifət özü vandalizm və şiddəti seçdi”.

Xatırladaq ki, təkcə Venesuelada üçüncü aydır ki, ölkədaxili gərginlik yaşanır. Təkcə ötən ay Karakasda 200 adam aksiyalarda yaralanıb. Üç mindən artıq adam həbsə alınıb. Üç ay ərzində isə 60-dan artıq adamın aksiyalarda öldüyü bildirilir.