ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib. APA-nın məlumatına görə, 200 nəfərdən çox insan yaralanıb. Polis hadisəni törədən 64 yaşlı yerli sakin, Stiven Paddoku zərərsizləşdirib S. Paddok “Mandalay Bay” Hotelin 32-ci mərtəbəsindən açıq havada keçirilən festivalın iştirakçılarına atəş açıb. Hazırda polis hadisəni törədən şəxsin qadın tanışını axtarır. Meri Lu Denli adlı qadının S. Paddokla əlbir olduğu ehtimal edilir.