ABŞ-ın Las Veqas şəhərində 59 nəfəri öldürən 64 yaşlı Stiven Peddokun “Mandalay Bay” otelindəki otağının videosu dərc edilib.
ABŞ-ın Las Veqas şəhərində 59 nəfəri öldürən 64 yaşlı Stiven Peddokun “Mandalay Bay” otelindəki otağının videosu dərc edilib. S.Peddok 32-ci mərtəbədə yerləşən bu otaqdan “Route 91 Harvest” musiqi festivalının qonaqlarına atəş açıb.
TİA.AZ-ın xəbərinə görə, video ABC telekanalı tərəfindən yayımlanıb. Kadrlarda qatilin otağının giriş hissəsi, optik nişangah quraşdırılmış avtomat silah və sair əşyalar əks olunub.
Qeyd edək ki, Stiven Peddokun açdığı atəş nəticəsində 59 nəfər ölüb, 527 nəfər yaralanıb.